Belarusun Azərbaycandakı səfiri Sovet İttifaqı qəhrəmanı Nəcəfqulu Rəfiyevin oğlu ilə görüşüb - FOTO

Belarusun Azərbaycandakı səfiri Sovet İttifaqı qəhrəmanı Nəcəfqulu Rəfiyevin oğlu ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2014 09:39 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Sovet İttifaqı qəhrəmanı Nəcəfqulu Rəfiyevin oğlu Tofiq Rəfiyevlə görüşüb.

APA-nın Belarusun Bakıdakı səfirliyinə istinadən verdiyi məlumata görə, səfir qonağa Bakıda N.Rəfiyevin adını daşıyan küçədə Belarus səfirliyinin yeni binasının inşası tarixcəsindən danışıb.

Qeyd edək ki, Belarus paytaxtında da küçələrin birinə N.Rəfiyevin adı verilib.

N.Patskeviç həmçinin T.Rəfiyevi Belarusda və onun hüdudlarından kənarda ölkənin alman-faşist işğalından azad edilməsinin 70 illik yubileyi münasibəti ilə keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR