Sergey Lavrov: "Ukraynaya qoşun göndərmək niyyətimiz yoxdur"

Sergey Lavrov: "Ukraynaya qoşun göndərmək niyyətimiz yoxdur"
# 14 may 2014 14:53 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Bloomberg” telekanalına müsahibəsində deyib.

Jurnalistin "Moskva Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərini qeyri-qanuni hesab edəcəyi halda, Donetsk və Luqanskda Rusiya qoşunları peyda ola bilərmi?" sualına Rusiya XİN başçısının cavabı belə olub: "Əsgərlərimizi harasa göndərmək niyyətimiz yoxdur".

S.Lavrov jurnalisti Donetsk və Luqanskdakı separatçıları "Rusiyayönümlü" adlandırmamağa çağırıb.

“Onlar istəmirlər ki, Rusiyayönümlü və ya amerikanyönümlü adlandırılsınlar. Onlar ukraynalı adlandırılmaq istəyirlər. Öz problemləri ilə diqqəti çəkmək istəyən insanları başa düşürəm. Diqqət çəkmək üçün cəhd göstərildi. Ancaq orduya onlarla mübarizə aparmaq üçün göstəriş verildi. O zaman bu insanlar talelərini özləri həll etmək istədilər. Odur ki, biz buna görə orada keçirilən referendumun nəticələrinə hörmət edirik", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR