CPJ: İranda 40 jurnalist həbsdədir, 68 nəfər isə ölkəni tərk etmək məcburiyyətində qalıb

CPJ: İranda 40 jurnalist həbsdədir, 68 nəfər isə ölkəni tərk etmək məcburiyyətində qalıb
# 13 may 2013 08:27 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəddə bildirilir ki, İranda prezident seçkiləri ərəfəsində jurnalistlərə qarşı təqib və təzyiqlər artıb: “İran hakimiyyəti seçkilər ərəfəsində jurnalistləri informasiya blokadasında saxlamaq istəyir və kütləvi informasiya vasitələrinin seçkilər zamanı müstəqil şəkildə xəbər verməsinin qarşısını almağa çalışır. Hazırda bu ölkədə 40 jurnalist həbsdədir. İran bu saya görə dünyada Türkiyədən sonra ikinci yeri tutur. Jurnalistlərin həbsi onların ailələrinə ciddi psixoloji təsir göstərir və bu da ölkədə informasiya azadlığının qarşısını alır. Eyni zamanda İran “fırlanan qapı” siyasətindən istifadə edir. Belə ki, bir neçə jurnalisti azadlığa buraxır, ancaq bir müddət sonra yenidən bir neçəsini həbs edir”.

Bəyanatda deyilir ki, təqib və təzyiqlər nəticəsində İranı 68 jurnalist tərk etmək məcburiyyətində qalıb: “Hazırda həbsdə olan jurnalistlərin 60 faizdən çoxu Tehranın Evin həbsxanasında saxlanılır. Ötən 4 il ərzində həbsxana məmurlarının kobud davranışı səbəbindən iki jurnalist - Ümidrza Mirsiyafi (Səttar Beheşti) və Hoda Sabir zindanda infarkt keçirərək dünyasını dəyişib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR