ARDNŞ “Romanian Energy Awards-2013” mükafatına layiq görülüb

ARDNŞ “Romanian Energy Awards-2013” mükafatına layiq görülüb
# 09 may 2014 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyi “İlin neft və qaz layihəsi” nominasiyasında bu ölkənin aparıcı “Diplomat-Buxarest” jurnalının təqdim etdiyi “Romanian Energy Awards-2013” mükafatına layiq görülüb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, təşkilat komitəsinin qərarı ilə neft və qaz sahəsində həyata keçirilmiş layihələrə görə verilən mükafat ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova təqdim olunub.

Tədbirdə çıxış edən H. Kərimov ARDNŞ-in Rumıniyadakı fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın iri şəhərlərində SOCAR brendi altında artıq 27 yanacqdoldurma məntəqəsi istifadəyə verilib.

Qeyd edək ki, “Romanian Energy Awards” mükafatı ölkənin enerji sektorunda nüfuz qazanmış şirkətlərin və menecerlərin mükafatlandırılması məqsədilə təsis edilib və 18 nominasiya üzrə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR