Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6500 vətəndaşı qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6500 vətəndaşı qəbul edib
# 12 iyun 2014 11:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fərdi qaydada qəbul edilən vətəndaşların ümumi sayı 6408 nəfər olub ki, onlardan 101 nəfəri nazir, 131 nəfəri nazir müavinləri, digərləri isə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Sumqayıt, Şirvan, Lənkəran şəhərlərində, Ağdam və Salyan rayonlarında 317 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.

Hər bir müraciət obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR