® “Koroğlu” MMC uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə aksiya keçirib

<font color=red>® </font>“Koroğlu” MMC uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə aksiya keçirib
# 02 iyun 2014 12:20 (UTC +04:00)

Bakı – APA-Economics. “Koroğlu” MMC-nin kollektivi uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar uşaq evini ziyarət edib. Uşaqlar üçün şirniyyat süfrəsi açılıb və hədiyyələr paylanılıb.

Görüş zamanı “Koroğlu” MMC-nin rəhbərliyi və kollektivi adından balacaları təbrik edən Ruslan Eminli uşaqların hər zaman qayğıya, müdafiəyə ehtiyacı olduğunu bildirib: “Uşaqlar bizim gələcəyimizdir. Onlara yalnız bayram günləri deyil, hər zaman diqqət ayırmalıyıq. Bu gün Azərbaycan dövləti də uşaqlara diqqətini əsirgəməyərək onların hüquqlarının müdafiəsi, qayğısız və güvənli toplumda yaşamaları üçün şərait yaradıb”.

R. Eminli eyni zamanda uşaqların tərbiyəsi və təhsilində müəllimlərin, tərbiyəçilərin rolunun böyük olduğunu vurğulayaraq onlara öz təşəkkürünü bildirib.

Şirkət həmçinin uşaqların müdafiəsi günü münasibətilə Fəvvarələr meydanında “Bu bayram sizinlə gözəl “ şüarı altında aksiya keçirib. Balacalara şar və “Koroğlu” MMC-nin özəl dizayn edilmiş hədiyyələri paylanılıb.

“Koroğlu” MMC Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin istehsalı olan bir çox tanınmış şirniyyat markalarının Azərbaycandakı eksklüziv distributorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR