Fabio Kapello: “Hazırda Azərbaycan yığması haqqında heç fikirləşməyə dəyməz”

 Fabio Kapello: “Hazırda Azərbaycan yığması haqqında heç fikirləşməyə dəyməz”
# 11 oktyabr 2013 13:34 (UTC +04:00)

Bakı – APA. “Mən Rusiya yığmasının baş məşqçisiyəm. Hər bir çalışdırıcı üçün ən vacib matç həmişə ən yaxında olanıdır”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin baş məşqçisi Fabio Kapello deyib.


Kapello və Rusiya millisinin kapitanı İqor Denisov dünən “Jozi Bartel” stadionunun konfrans zalında jurnalistlər önünə çıxıb. Onlar Lüksemburqla oyun haqqında verilən sualları cavablandırıb. Ancaq Kapelloya millimizlə oyun haqqında sual verən də tapılıb.

“Avropalı azarkeşlər hesab edir ki, Rusiya yığması üçün böyük ölçüdə ən vacib oyun Lüksemburqdakı yox, Bakıdakı matçdır” sualına italyan çalışdırıcı belə cavab verib: “Qarşıda bizi Lüksemburqla görüş gözləyir. Biz bu qarşılaşmaya bütün diqqətimizlə köklənmişik. Hazırda Azərbaycan haqqında heç fikirləşməyə dəyməz. Gündəlikdə olan məsələ Lüksemburqdur”.

Qeyd edək ki, Rusiya yığması Lüksemburqla bu gün, millimizlə oktyabrın 15-də qarşılaşacaq. Rusların yığmamızla “Bakcell Arena”kı görüşü saat 22:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR