Ukraynanın hakim partiyası hökumətin istefasına səs verməyə hazırdır

Ukraynanın hakim partiyası hökumətin istefasına səs verməyə hazırdır
# 27 yanvar 2014 08:44 (UTC +04:00)

Bakı – APA. Ukraynanın hakim partiyası Nikolay Azarovn rəhbərlik etdiyi hökumətin istefasına səs verməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla “Regionlar Partiyası”nın parlament fraksiyası liderinin I müavini Mixail Çeçetov çıxış edib.

O bildirib ki, Rada N. Azarov hökumətinin istefasına səs versə, baş nazir postu dərhal “Batkivşina” partiyasının lideri Arseniy Yatsenyuka veriləcək.

Qeyd edək ki, sabah Ali Radanın növbədənkənar iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR