Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edib

Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edib
# 27 iyun 2014 10:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.


Dəyişikliyə əsasən, ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası "İctimai iştirakçılıq haqqında" qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsində o da bildirilir ki, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur. Eyni zamanda sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin iştirakçılarına məlumat verir.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR