Mustafa Cəmilov Krım tatarlarını Deportasiya günü öz hüquqlarını qorumağa çağırıb

Mustafa Cəmilov Krım tatarlarını Deportasiya günü öz hüquqlarını qorumağa çağırıb
# 18 may 2014 04:53 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Mustava Cəmilov “Azadlıq Radiosu”na bildirib.

“Məclis həmvətənlilərimizin təhlükəsizliyinə görə narahatdır, bu səbəbdən anım tədbirlərinin rayonlarda keçirilməsinə dair qərar verilib. Lakin mən düşünürəm ki, xalq istənilən halda Lenin meydanına çıxacaq və bunu düzgün addım olacaq – insanlar öz hüquqlarını qorumalıdır. SSRİ dövründə də bizə çox şeyi qadağan edirdilər”, deyə deputat bildirib.

Cəmilov onun Krım ərazisinə girişinə qadağa qoyulduğunu xatırladaraq, tədbirlərdə iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.

Xatırladaq ki, Krım “hakimiyyəti” iyunun 6-dək yarımadada hər hansı kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub. Simferopolda deportasiya qurbanlarının xatirəsini anmaq üçün Krım tatarlarına yalnız şəhərdəki müsəlman qəbirstanlığı yaxınlığında toplaşmağa icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR