Ramil Usubov polis olmaq istəyən şəxsləri qəbul edəcək

Ramil Usubov polis olmaq istəyən şəxsləri qəbul edəcək
# 23 iyun 2014 13:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis olmaq istəyən şəxsləri qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri iyunun 28-də saat 13.00-da Quba Rayon Polis Şöbəsində daxili işlər naziri tərəfindən qəbul ediləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Boyu 180 santimetrdən aşağı olan vətəndaşlar işlə təmin olunmaları ilə əlaqədar qəbul edilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR