Müsavat bələdiyyə və parlament seçkilərində birgə iştirakla bağlı Milli Şuraya daxil olmayan qüvvələrlə müzakirəyə başlayacaq

Müsavat bələdiyyə və parlament seçkilərində birgə iştirakla bağlı Milli Şuraya daxil olmayan qüvvələrlə müzakirəyə başlayacaq
# 03 fevral 2014 10:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərində birgə iştirakla bağlı bu həftə Milli Şuraya daxil olmayan qüvvələrlə müzakirəyə başlayacaq.

Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib.

O qeyd edib ki, partiyanın seçkilərlə əlaqədar əməkdaşlığın blok şəklində və ya başqa formada olması haqqında hələlik hər hansı qərarı yoxdur, lakin bununla bağlı müzakirələrə bu həftə başlanıla bilər.

G. Aslanlı bildirib ki, Müsavat Partiyası Milli Şuraya daxil olan təşkilatlarla da ikitərəfli və çoxtərəfli əməkdaşlığa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR