Şuşa teatrı cənub bölgəsində qastrol səfərində olub - FOTO

Şuşa teatrı cənub bölgəsində qastrol səfərində olub - <span style="color: red;">FOTO
# 20 iyun 2014 17:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Şuşa Dövlət Musiqili Dram Teatrı cənub bölgəsində qastrol səfərində olub.

APA-nın cənub bürosunun məlumatına görə, teatrın truppası Yardımlı rayonundan sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanın vəziri” komediyası ilə çıxış edib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur.

Tamaşaçıların maraqla izlədikləri komediyada rolları respublikanın əməkdar artistləri Şükufə Musayeva, İqrar Salamov, aktyorlardan Püstəxanım Zeynalova, Etibar Cəfərov, Sevinc Ağayeva və digərləri ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR