Sergey Lavrovun bu gün Azərbaycana rəsmi səfəri başlayır

Sergey Lavrovun bu gün Azərbaycana rəsmi səfəri başlayır
# 17 iyun 2014 07:02 (UTC +04:00)

Bakı - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.

Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər.

“Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir”, - deyə Rusiya XİN-də bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR