Çempionlar Liqasında “Qarabağ”la qarşılaşa biləcək daha bir komanda müəyyənləşib

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşa biləcək daha bir komanda müəyyənləşib
# 14 may 2014 09:54 (UTC +04:00)

Bakı – APA. Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşa biləcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Malmö” (İsveç) Azərbaycan çempionunun potensial rəqiblərinin sayını 11-ə çatdırıb.

Buna skandinaviyalıların püşk zamanı səpələnməmişlər sırasında yer alması səbəb olub. İyunun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma zamanı səpələnmiş olacaq Qurban Qurbanovun yetirmələrinin 10 potensial rəqibi isə bunadək məlum idi.

Bunlar “Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya), “Sent Patriks” (İrlandiya), TNS (Uels), “Skenderbeu” (Albaniya), “Zrinski” (Bosniya və Hersoqovina), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Jalgiris” (Litva), “Kliftonvill” (Şimali İrlandiya) klublarıdır.

“Qarabağ”ın daha 2 potensial rəqibinin I təsnifat mərhələsinin cütlərindən ikisi təşkil edəcək. Ermənistan çempionu “Banants”ın oynayacağı cüt isə potensial rəqibimiz olmayacaq. Çünki UEFA 2 ölkə təmsilçilərinin rəsmi matçlarda üz-üzə gəlməməsini təmin edir.

Digər potensial rəqiblərdən ikisi isə Lüksemburq və Monteneqro çempionları olacaq. Sonuncu potensial rəqib isə ya Gürcüstan “Dinamo”su ilə Macarıstan çempionu olacaq klubdan biri olacaq.

Qeyd edək ki, 17 qat ölkə çempionu olan “Malmö” 1978/79 mövsümündə Çempionlar kubokunun finalında oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR