WTF prezidenti: “Azərbaycan artıq seçilmiş ölkələr arasındadır” - VİDEO

WTF prezidenti: “Azərbaycan artıq seçilmiş ölkələr arasındadır” - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 13:30 (UTC +04:00)

Bakı – APA. Sabah Bakıda taekvondo üzrə Avropa çempionat start götürəcək. Apasport.az saytının xəbərinə görə, bununla əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu ay 57 beynəlxalq yarışın təşkil olunduğunu bildirib.


Göstərilə etimada görə Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu və Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalosa təşəkkür edən nazir müavini çempionatın yüksək səviyyədə keçəcəyini inandığını söyləyib.

WTF prezidenti isə 2004-cü ildən Azərbaycana müntəzəm səfərlər etdiyini bildirib. Onun sözlərinə görə, quruma 206 üzv ölkə içərisində Azərbaycan xüsusi yer tutur: “Öncə Azərbaycanı böyük iqtisadi irəliləyişlərə görə təbrik edirəm. Hər səfərimdə böyük irəliləyişlər görürəm. Mən bura ETU tərəfindən dəvət olunmuşam. Səfər müddətində gələcək yarışları da müzakirə edəcəyik. Fikrimcə, Azərbaycanda Qran-pri, dünya çempionatı keçirmək də mümkündür. Azərbaycan artıq seçilmiş ölkələr arasındadır. Bakıdakı Avropa çempionatı ən böyük və ən çox idmançının qatılacağı yarış olacaq. Əminəm ki, həm də ən uğurlu taekvondo yarışı olacaq”.

Çunun sözlərinə görə, taekvondo Cənubi Koreyadan başlasa da, avropalılar da bu növdə böyük nailiyyətlərə imza atıblar: “Bu yaxınlarda Taypeydə keçirilmiş gənclər arasında ilk dünya çempionatında ölkələrin çoxu Avropadan idi. Bunlar Praqalosun Avropada taekvondonun inkişafındakı xidmətlərinin, eləcə də Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun qayğısının nəticəsidir. Cənubi Koreya Azərbaycanda taekvondo mərkəzi təsis edib. Bu, regionda bir nömrəli mərkəzdir. WTF-nin əməyi sayəsində taekvondo Avropada aparıcı növlərdən birinə çevrilib. İnanıram ki, Avropa çempionatında idmançılar yüksək reytinq xalları toplayaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar”.

ETU-nun prezidenti isə Bakıda keçiriləcək ilk Avropa çempionatı Azərbaycanda taekvondoya göstərilən diqqətin nəticəsi kimi dəyərləndirib və buna görə K.Heydərova minnətdarlıq edib. Praqalos bildirib ki, il ərzində 3 dəfə yeniyetmələr, gənclər və böyüklər arasında çempionat keçirilir. Bu səbəbdən, Avropa çempionatını hər il keçirməyi məqsədəuyğun saymırlar”.

Qeyd edək ki, taekvondo üzrə ilk Avropa çempionatı 1976-cı ildə İspaniyanın Barselona şəhərində təşkil olunub. O vaxtdan bu çempionat ənənəvi xarakter alıb. Bakıdakı çempionata ilk dəfə 47 ölkədən 367 idmançı qatılacaq. Çempionatın dəstəkçiləri Yayım Birliyi və “Gilan Qrup”dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR