Elxan Abdullayev: “Qarabağ”ın legioneri Almaniyadan təklif alsaydı, heç Azərbaycana gələrdi?”

Elxan Abdullayev: “Qarabağ”ın legioneri Almaniyadan təklif alsaydı, heç Azərbaycana gələrdi?”
# 29 avqust 2013 14:29 (UTC +04:00)

Bakı – APA. “Püşkatmadan sonra çoxları deyirdi ki, “Qarabağ” “Ayntraxt”a qarşı mübarizə apara bilər. Çünki əvvəllər “Borussiya” ilə oynayıb. Cavab verirdim ki, düzdü, Dortmund təmsilçisinə qarşı oynayıb, ancaq qələbə qazanmayıb axı. Oynamaq başqa, qələbə qazanmaq başqa. Yaxşı mübarizə aparmaq mümkündü, amma qələbə qazanmaq da lazımdı”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın sabiq çalışdırıcısı Elxan Abdullayev deyib.

“Qarabağ”ın bu gün Almaniyada “Ayntraxt” səddini keçməyəcəyini düşünən Abdullayev Ağdam təmsilçisinin legionerləri haqda da danışıb: “Bəziləri deyir ki, “Qarabağ”da yaxşı legionerlər var. Ancaq həmin legionerlərdən “Ayntraxt”da da var. Büdcə baxımından “Qarabağ”dan da üstündürlər. Əgər “Qarabağ”ın legioneri Almaniyadan təklif alsaydı, heç bura gələrdi? Məsələn, Reynaldoya “Qröyter Fürt” və ya 2-ci Bundesliqa klubundan təklif gəlsəydi, yəqin “Qarabağ”a yox, ora gedəcəkdi. Çünki futbolçu ilk növbədə səviyyəli çempionatda çıxış etmək istəyir. Reynaldo və digərləri Azərbaycan üçün yaxşı legionerlərdi. Beynəlxalq miqyasda isə gücləri yalnız Makedoniya və İsveç klublarını keçmək üçün yetərlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR