Bakıda törədilmiş daha bir qətlin üstü açılıb

Bakıda törədilmiş daha bir qətlin üstü açılıb
# 17 may 2014 12:11 (UTC +04:00)

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsindən APA-ya verilən birgə məlumata görə, mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı dərhal hadisə yerinə və meyitə rayon prokurorluğunun müstəntiqinin, prokuror-kriminalistin və tibbi ekspertin işitirakı ilə baxış keçirilmiş, iş üzrə istintaq-əməliyyat qrupu yaradılaraq cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində məqsədyönülü intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Zəruri telefon danışıqlarına dair məlumatları əldə etmək məqsədilə sorğular verilərək müvafiq cavablar alınıb, hadisə baş vermiş ünvana yaxın ərazidə quraşdırılmış təhlükəizlik kameralarından görüntülər, hadisə yerindən sübut əhəmiyyətinə malik olacaq paltarlar, əşya və dəlillər maddi sübut kimi götürülüb, ölümün səbəblərini müəyyən etmək üçün iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR