MDB xarici işlər nazirləri Şurasının iclasında Azərbaycanı Xələf Xələfov təmsil edəcək

MDB xarici işlər nazirləri Şurasının iclasında Azərbaycanı Xələf Xələfov təmsil edəcək
# 23 oktyabr 2013 15:49 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Oktyabrın 24-də Minskdə MDB ölkələri xarici işlər nazirləri Şurasının iclası keçiriləcək. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Toplantıda MDB çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərinə dair 17 məsələyə baxılacaq.

Oktyabrın 25-də Minskdə keçiriləcək MDB sammitində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR