Bakıda keçirilən Mədəniyyətlərarası Dialoqa dair II Ümumdünya Forumu başa çatıb - FOTOSESSİYA

Bakıda keçirilən Mədəniyyətlərarası Dialoqa dair II Ümumdünya Forumu başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 31 may 2013 14:52 (UTC +04:00)

APA-nın məlumatına görə, yekun sessiyada çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki forum çərçivəsində 19 müvafiq sessiya keçirilib: “Foruma 90 ölkədən nümayəndələr qatılıb. Forumun uğurla başa çatmasına görə Azərbaycan hökuməti adından etimadlı tərəfdaşlara öz təşəkkürümü bildirirəm”.

Bağlanış mərasimində çıxış edən ekspertlər qeyd ediblər ki, sessiya ərəfəsində hədəf seçilən məqsədlərə və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə nail olunub. Forumda səsləndirilən təkliflərin, forumun yekunlarının növbəti ay ərzində araşdırılacağı və ümumiləşdirilərək yekdil bir formaya salınacağı bildirilib. Xüsusi olaraq vurğulanıb ki, Bakıda keçirilən Forum hansısa oxşar tədbirləri təkrarlamağa yox, mədəniyyətlərarası münasibətlərə yeni dəyər verməyə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR