Azərbaycanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir - YENİLƏNİB

Azərbaycanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2013 09:59 (UTC +04:00)

Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, axşam güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 23-ü axşamdan 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir. Yağışlı hava şəraiti, havanın temperaturunun enməsi yalnız pambığın yetişməsinə, yığımına və qurudulmasına mənfi təsir edəcək. Ümumiyyətlə, belə hava payızlıq dənlilərin toxumlarının səpini, onların cücərməsi və göyərtilərin çıxması üçün əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR