Əfqanıstanda terror aktı nəticəsində azı 13 nəfər ölüb

Əfqanıstanda terror aktı nəticəsində azı 13 nəfər ölüb
# 01 may 2014 20:50 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Pəncər əyalətində terror aktı törədilib, nəticədə azı 13 nəfər ölüb, 25 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında 6 polis, 7 dinc sakinin olduğu bildirilir.

Polisin məlumatına görə, yerli sakinlərlə dolu sərnişin avtobusu postda yoxlamanı gözləyərkən terrorçu-kamikadze avtobusun yanında duran avtomobilə quraşdırılan partlayıcı qurğunu işə salıb.

“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR