Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,03%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,03%, Nasdaq 0,3% enib
# 04 yanvar 2014 08:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 470 bəndədək yüksəlib, S&P 500 0,03% - 1 831 bəndədək, Nasdaq 0,3% - 4 132 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin ölkə iqtisadiyyatının artımı üzrə müsbət proqnozun verilməsi təsir edib. Belə ki, onun sözlərinə görə, əhalinin gəlirləri artır, daşınmaz əmlak bazarında canlanma güclənir, iqtisadiyyata mənfi təsir göstərən amillər isə tədricən zəiflənir.

Avropa fond bazarlarında yanvarın 3-də FTSE 100 indeksi 0,2% - 6 729 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 432 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 247 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 236,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3587 dollar (0,0%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR