Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşlarla görüşəcək
# 19 iyul 2013 08:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva. APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov Tovuz rayonunda vətəndaşlarla görüşəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə bildirilib ki, nazir İ.Abasov iyulun 26-da saat 11:00-da Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Tovuz rayonuna gəlmələrinin təşkili Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu əlaqə vasitələri ilə müraciət edə bilərlər: tel. - (050) 736-07-10; e-mail - [email protected].

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR