Bakıda Qazaxıstanın Vətən Müdafiəçiləri Günü qeyd olunub

Bakıda Qazaxıstanın Vətən Müdafiəçiləri Günü  qeyd olunub
# 14 may 2014 19:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu münasibətlə keçirilən qəbulda Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Bakıda fəaliyyət göstərən Qazaxıstan şirkətlərinin nümayəndələri, xarici ölkələrin hərbi attaşeləri, Azərbaycanın Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Təbdirdə əvvəlcə Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən Qazaxıstan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Almazbek Bazarbayev öllkəsində ordu quruculluğu sahəsində görülən işlərdən danışıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Sillahlı Qüvvələrin modernləşməsinə xüsusi diqqət ayırdığını və son illər Qazaxıstan Ordusunun böyük uğurlar əldə etdiyini deyib.

Hərbi attaşe qeyd edib ki, hazırda Qazaxıstan müasir hərbi sənayeyə malikdir. Qazaxıstan ordusu ən müasir silah və hərbi texnikalara yiyələnir. A. Bazarbayev Qazaxıstan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıqdan da danışıb. Hərbi attaşe ötən ay Qazaxııstanın yeni müdafiə nazirinin ilk səfərini Azərbaycana etdiyini xatırladıb.

Jurnalistlərə açıqlamasında polkovnik A. Bazarbayev Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində bir sııra tıdbirlərin nəzərdə tutulduğunu da bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda – may ayının sonlarında Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinin nümayəndələri Bakıya səfər edəcəklər. Səfər zamanı Azərbaycan tərəfinə Qazaxıstanda Eurocopter firması ilə müştərək istehsal olunan EC-145 helikopterinin təqdimatı keçiriləcək. Eyni zamanda həərbi sənaye sektorunda əməkdaşlıq müzakirə olunacaq: “Gələn həftə Astanada KADEX-2014 beynəlxalq hərbi sərgisi işə başlayır. Bu sərgiyə Azərbaycandan ziyarəətçi və iştirakçıların qatılımı olacaq. Azərbaycan Müdafiə Nazirliyinin nümayədəsi də təmsil olunması gözlənilir”.

Tədbirdə Qazaxıstan Silahlı Qüvvələri və KADEX sərgisi barədə videoroliklər nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR