APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya FHN-in regional idarəsindən bildirilib.
“Yerli vaxtla saat 07.14-də (Bakı vaxtı ilə 02.14-də) yaşayış evində baş vermiş yanğının söndürülməsi zamanı 3 uşağın yanmış cəsədi aşkarlanıb”, deyə qurumun mətbuat xidmətində bildiriblər.
Məlumata görə, ölən uşaqların yaşı və şəxsiyyəti müəyyənləşdirilir.