Bakıda yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib - <span style="color: red;">FOTO
# 14 may 2014 22:41 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza nəticəsində "Lada Priora" ilə "VAZ 2107" toqquşub. Sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Qəza ilə bağlı Bakıxanov küçəsində tıxac yaranıb.

Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR