“Nar Mobile”: Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək qiymətlərlə bağlı fikri rəqiblərimizə aiddir

“Nar Mobile”: Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək qiymətlərlə bağlı fikri rəqiblərimizə aiddir
# 07 may 2014 15:07 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Nar Mobile” uzun illər ərzində müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və bu da mobil operatora abunəçilərin sayının artım templərinə görə rəqiblərini qabaqlamağa imkan verir.

“Standart tarifləri ilə yanaşı, digər xidmətlər də ən cəlbedici qiymətlər ilə təklif olunur. Məsələn, Data Xidmətlər-də, bizim sadə İnternet paketlərimiz müxtəlifliyi və sərfəliliyi ilə seçilir. Qeyd olunanlardan başqa, rəqib mobil operatorların qiymətlərindən ümumən aşağı olmaqla, abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə və sərfəli rouminq təklifimiz mövcuddur. İnanırıq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorların yüksək qiymətlər təqdim etməsi fikrini səsləndirdikdə bizim rəqiblərimizi nəzərdə tutur” , - deyə şirkətin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR