Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,3% yüksəlib
# 30 oktyabr 2013 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 680 bəndədək, S&P 500 0,6% - 1 772 bəndədək, Nasdaq 0,3% - 3 952 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi bir sıra mənfi statistik xəbərlər fonunda baş verib. Belə ki, istehlakçıların etimadı indeksi oktyabr ayında sentyabrla müqayisədə 80,2 bənddən 71,2 bəndə enib, pərakəndə ticarət dövriyyəsi sentyabrda 0,1% enib. Analitiklər hesab edirlər ki, belə zəif makroiqtisadi göstəricilərə görə Federal Ehtiyat Sistemi stimullaşdırıcı proqramını dayandırmayacaq.

Avropa fond bazarlarında oktyabrın 29-da FTSE 100 indeksi 0,7% - 6 775 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 022 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 278 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 343,80 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3739 dollar (-0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR