AB və Ukrayna Vahid Aviasiya Məkanı haqqında sazişi paraflayıb

AB və Ukrayna Vahid Aviasiya Məkanı haqqında sazişi paraflayıb
# 28 noyabr 2013 18:05 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vahid Aviasiya Məkanı haqqında sazişinə dair danışıqlar AB və Ukrayna arasında 2007-ci ilin dekabrında başlayıb və inteqrasiya üzrə tədbirlər planına əsasən 2013-cü ildə yekunlaşdırılmalıdır. Sənəd bazarların tədricən liberallaşması, AB normaları əsasında mülki aviasiya sahəsindəki qaydaların unifikasiyası, sənaye əməkdaşlığına dəstək göstərilməsini nəzərdə tutur.

“Saziş AB və Ukraynaya aviasiya sahəsində tərəfdaş olmağa və Ukraynanın Avropa hava məkanına inteqrasiya olunmasına imkan yaradacaq. Bunun baş tutması üçün Ukrayna öz qanunvericiliyini AB standartlarına uyğunlaşdırmalı və aviasiya təhlükəsizliyi, hava daşımalarının idarə olunması, ətraf mühitin mühafizəsi, rəqabətlik və istehlakçı hüquqlarının müdafiəsinə dair tələbləri yerinə yetirməlidir”, deyə Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat üzrə komissarı Siym Kallas bildirib.

Tərəflər həmçinin təyyarələrin sertifikatlaşdırılması qaydalarının uyğunlaşdırılmasına dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR