MDB PA-da üzv dövlətlərin təhlükəsizliyi müzakirə olunacaq

MDB PA-da üzv dövlətlərin təhlükəsizliyi müzakirə olunacaq
# 18 aprel 2014 15:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının 40-cı plenar sessiyasının, daimi komissiyaların və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçiriləcək. Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, iclaslarda MM-in MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, İqbal Məmmədov, Adil Əliyev, Azər Badamov, Elton Məmmədov və Mirkazım Kazımov iştirak edəcəklər.

Tədbirlərdə MDB iştirakçısı olan dövlətlərin 2011-2013-cü illərdə təhlükəsizlik sahəsində dövlətlərarası proqramının həyata keçirilməsinin nəticələri və 2014-2018-ci illərdə mövcud proqramın icrası üçün qarşıda duran məsələlər müzakirə olunacaq, “Dövlət qulluqçularının ixtisasının yüksəldilməsi, yenidən hazırlanması və iş təcrübəsi haqqında”, “Ekoloji təmiz aqrar istehsal haqqında”, “Transsərhəd suların(su hövzələrinin) məqsədyönlü şəkildə istifadəsi haqqında”, “Ekoloji sığorta haqqında”, “Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi haqqında”, “Könüllülük (volontyorluq) haqqında”, “Gənclərin asudə vaxtının təşkili haqqında” və digər model qanun layihələri barədə fikir mübadiləsi aparılacaq.

İclaslarda azərbaycanlı deputatlar çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər. Səfər aprelin 20-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR