Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələbləri ilə bağlı seminar keçirilir

Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələbləri ilə bağlı seminar keçirilir
# 05 noyabr 2013 09:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə seminar-müşavirələr keçirir.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, seminar-müşavirələrdə ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını bütün işçilərin dəqiq bilməli olduğu qeyd olunub. Obyekt rəhbərlərinin diqqətinə çatdırılıb ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyırlar.

Seminar-müşavirələrdə ticarət müəssisələrində ərazinin, bina və otaqların saxlanılması və elektrik, havalandırma, isitmə, tüstüyə qarşı qurğuların istismar zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqda ətraflı söhbət açılır, müvafiq maarifləndirmə işləri aparılır.

Müşavirələrdə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyi xüsusi qeyd olunur.

Seminar-müşavirələrdə iştirak edən ticarət müəssisələrinin nümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası metodik vəsait kimi paylanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR