Samuxda 34 yaşlı qadın məktəblini bıçaqlayıb

Samuxda 34 yaşlı qadın məktəblini bıçaqlayıb
# 20 dekabr 2013 07:01 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı məktəbli Tofiq Məmmədovla qonşusu, 34 yaşlı Nurlana İsmayılova arasında baş verən mübahisə T.Məmmədovun bıçaqlanması ilə nəticələnib. N. İsmayılova məktəbliyə bıçaq xəsarəti yetirib. T. Məmmədov dərhal Samux Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR