Mingəçevirdə 13 gün əvvəl doğuş zamanı körpəsini itirərək komaya düşən qadın dünyasını dəyişib - VİDEO

Mingəçevirdə 13 gün əvvəl doğuş zamanı körpəsini itirərək komaya düşən qadın dünyasını dəyişib - <span style="color: red;">VİDEO
# 09 yanvar 2014 08:33 (UTC +04:00)

Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızı ötən gecə saat 24:00 radələrində xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E.Ocaqverdiyeva ötən ilin sonu – dekabrın 27-də doğuş sancıları ilə Mingəçevir Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. Onu müayinə edən həkimlər uşağın ana bətnində öldüyünü bildiriblər. Uşaq ölü doğulub. Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Əməliyyat zamanı qadın komaya düşüb.

Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirmişdilər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR