Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişafına dair strategiya hazırlanacaq - FOTO

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişafına dair strategiya hazırlanacaq - <span style="color: red;">FOTO
# 10 yanvar 2014 12:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) heyvandarlıq sənayesi üzrə baş eksperti Anton Bennetini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda istehlakçıların sağlam və təhlükəsiz ət və ət məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə müasir və beynəlxalq standartlara cavab verən kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO tərəfindən müvafiq texniki dəstəyinin göstərilməsi olub.

H.Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərinin iqtisadi inkişafında və kənd əhalisinin güzəranının dəstəklənməsində heyvandarlıq sektorunun oynadığı mühüm rolu və bu sahənin inkişaf etdirilməsində böyük potensialın olduğunu vurğulayıb. O, heyvandarlıq məhsullarının regionlarda emalı, əlavə dəyərin əmələ gəlməsi və satış üzrə iş yerlərinin yaradılmasında geniş imkanlar açdığını qeyd edib.

Nazir bildirib ki, sektorun inkişafı ilə əlaqədar rəhbərlik etdiyi qurumun qarşıya qoyduğu məqsədlərdən, o cümlədən Azərbaycanda heyvan mənşəli ərzağa artan tələbi qarşılamaq üçün heyvandarlıq məhsullarının istehsalını və məhsuldarlığını artırmaq, heyvandarlıq müəssisələrinə investisiya qoymaq üçün fermerlərə və sahibkarlara əlverişli mühit yaratmaq, heyvandarlıq sektorunun inkişafı üçün müvafiq texnologiyaları ərsəyə gətirmək, heyvan xəstəliklərinə effektiv və səmərəli qaydada nəzarət etmək vacibdir.

Görüş zamanı heyvan kəsimi yerləri ilə bağlı dünya ölkələrində olan qabaqcıl təcrübədən, Avropa standartlarından, Azərbaycanda bu alt sektor sahəsində mövcud olan çatışmazlıqlardan və bu sahənin inkişaf etdirilməsində mümkün yanaşmalar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO-nun köməkliyi ilə strategiyanın və proqramın hazırlanması ilə əlaqədar Təşkilatla əməkdaşlığın edilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR