Suriyada bazara havadan endirilən zərbə nəticəsində azı 33 nəfər ölüb, onlarla insan yaralanıb

Suriyada bazara havadan endirilən zərbə nəticəsində azı 33 nəfər ölüb, onlarla insan yaralanıb
# 01 may 2014 22:56 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən bazara endirilən hava zərbəsi nəticəsində 33 nəfər ölüb, onlarla insan yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçilərin məlumatına görə, Hələb şəhəri yaxınlığında yerləşən Əl Halak məhəlləsindəki bazar hava zərbəsinə məruz qalıb. Məlumata görə, ölənlərin sayı arta bilər.

Qeyd edək ki, hüquq müdafiəçilərin məlumatına görə, ötən həftə analoji hava zərbəsi nəticəsində 21 nəfər ölüb.

Qeyd edək ki, Hələb şəhəri 2012-ci ilin yayından prezident Bəşər Əsədə qarşı çıxış edən qüvvələrin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR