Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaranmasının 14 illiyi qeyd olunub - FOTO

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaranmasının 14 illiyi qeyd olunub - <span style="color: red;">FOTO
# 11 iyun 2013 13:01 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) 14 yaşını qeyd edib. Forumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ildönümü ilə əlaqədar olaraq Milli QHT Forumun prezidenti Rauf Zeyni Forum üzvlərinə təbrik məktubu ünvanlayıb. Qeyd olunub ki, 1999-cu ilin 11 iyununda ölkədə fəaliyyət göstərən 95 QHT-nin təsisçiliyi və BMT İP QHT Resurs və Təlim Mərkəzinin dəstəyi ilə tarixi konfrans keçirilib və Azərbaycan Milli QHT Forumu (MQF) yaradılıb. Milli QHT Forumu 1999-cu ilin 29 iyulunda Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Milli QHT Forumu həmçinin beynəlxalq miqyasda da geniş şəkildə təmsil olunur. Belə ki, Milli QHT Forumu WANGO kimi tanınan Beynəlxalq QHT Assosiasiyasının (2006) və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (2010-cu il) tamhüquqlu üzvüdür.

MQF həmçinin Qara Dəniz və Xəzər Dənizi Yoldaşlıq və Əməkdaşlıq Uğrunda Beynəlxalq Fondla da əməkdaşlıq edir. Forum bu platformalardan istifadə edərək Azərbaycanın səsinin və ölkəmizdə III sektorla bağlı baş verən hadisələrin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR