Rabitə və informasiya texnologiyaları naziri Hacıqabulda vətəndaşlarla görüşüb - FOTO

Rabitə və informasiya texnologiyaları naziri Hacıqabulda vətəndaşlarla görüşüb - <span style="color: red;">FOTO
# 18 yanvar 2014 08:58 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Hacıqabulda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşlar iştirak ediblər. Qəbulda iştirak edən vətəndaşların əksəriyyəti nazirə işlə əlaqədar olaraq müraciətlər edib. Digər müraciətlər isə internet təminatı ilə əlaqədar olub.

Qəbul eyni zamanda video-konfrans şəklində aparılıb. Aidiyyəti şikayətlər olduğu təqdirdə adı çəkilən rayonların telekommunikasiya müəssisələrinin rəhbərləri qəbulda nazirlə canlı əlaqə saxlaya bilib. İşlə əlaqədar müraciət edənlərin əksəriyyətinin işlə təmin olunmasına göstəriş verilib. Digər məsələlərin həll olunması üçün isə göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR