Azərbaycan ərazisində havanın temperaturu martın 9-dan yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu martın 9-dan yüksələcək
# 07 mart 2014 09:28 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 8-də gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq.

G. Məmmədova qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, martın 6-dan 7-nə keçən gecə ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi rayonlarda yağış yağıb, Bakı şəhəri və Abşeron yarımadasında, Badamdar, Lökbatan, Qaradağ ərazisində qısa müddətli yağış qeydə alınıb.

Martın 9-dan etibarən Azərbaycanda hava şəraiti sabit və mülayim keçəcək, havanın temperaturu nisbətən yüksələcək. Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi müşahidə olunsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR