Əfqanıstanda ikinci tur prezident seçkiləri keçiriləcək

Əfqanıstanda ikinci tur prezident seçkiləri keçiriləcək
# 14 iyun 2014 00:33 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, prezidentlik kürsüsü uğrunda ölkənin sabiq xarici işlər naziri Abdulla Abdulla və keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzay aparacaq.

Aprelin 5-də keçirilən ilk turda Abdulla 44,9%, Əhmədzay isə 31,5% səs toplayıb. Siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə seçkilərdə Abdulla qələbə qazanacaq.

Ümumilikdə seçkilərdə 8 namizəd iştirak edib. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR