Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloji vəziyyətin yaxşılaşdırılmasına həsr olunmuş müşavirə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloji vəziyyətin yaxşılaşdırılmasına həsr olunmuş müşavirə keçirilib
# 23 yanvar 2014 12:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində prezident İlham Əliyevin ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin struktur bölmələrinin, tabeli qurumlarının rəhbərlərinin və mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 2013-cü ildə əldə edilmiş nailiyyətlər və qarşıda duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib. Toplantıda nazirliyin bu istiqamətdə 2014-cü ildə qarşıda duran prioritetləri müzakirə olunub, müvafiq qurumların təklifləri dinlənilib.

Müşavirənin sonunda xüsusi komissiya yaradılıb, müzakirə olunmuş Tədbirlər Planının daha da təkmilləşdirilməsi tapşırılıb və bir neçə istiqamətdə Dövlət Proqramlarının hazırlanması üçün İşçi Qrupları yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR