Rüstəm İbrahimbəyov: “Eldar Namazov son vaxtlar mənə zəng vurmur”

Rüstəm İbrahimbəyov: “Eldar Namazov son vaxtlar mənə zəng vurmur”
# 26 mart 2014 08:35 (UTC +04:00)

R. İbrahimbəyov APA-ya açıqlamasında deyib ki, ziyalılar onunla əlaqəyə girməkdən qorxurlar.

R. İbrahimbəyov bildirib ki, Azərbaycan ziyalıları onunla ünsiyyətə girəndə də gizli danışırlar, xahiş edirlər ki, heç kim bilməsin: “Ona görə də ziyalılara yığışıb nəyisə müzakirə etmək təklif olunanda qorxurlar”.

R. İbrahimbəyov Ziyalılar Forumunun tədbirlərinin təşkilatçısı olmuş “El” Hərəkatının sədri Eldar Namazovun isə son vaxtlar ona zəng etmədiyini deyib: “Bizim münasibətimiz elə qurulub ki, əlaqə həmişə Eldar Namazov tərəfindən yaradılıb. Bəlkə nədənsə inciyib, mənə açıq heç nə demir, mətbuatda da bu barədə nə isə yazmır. Mənə elə gəlir ki, bu, Eldar Namazovla Cəmil Həsənli arasında münaqişə zamanı Cəmil Həsənlini müdafiə etməyimlə bağlıdır. Ancaq özü ilə bu barədə söhbətim olmadığı üçün dəqiq səbəb deyə bilmərəm, ona görə də hələlik susuram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR