Azərbaycanın iki rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın iki rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 30 iyun 2014 07:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın 2 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, həyətlərdən keçən qaz xətlərinin ləğv edilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eyni zamanda, qaz nəqli sistemində aparılan quraşdırma işləri ilə əlaqədar 4 iyul 2014-cü il tarixədək Daşkəsən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR