Qafqaz Müsəlmanları İdarəsi: Kərbəla və Nəcəfə ziyarət təşkil etmirik

Qafqaz Müsəlmanları İdarəsi: Kərbəla və Nəcəfə ziyarət təşkil etmirik
# 14 aprel 2014 09:21 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən son günlər Kərbəla və Məşhəddən qayıdan zaman qəzaya uğrayan azərbaycanlı zəvvarlarla bağlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, idarə artıq bir neçə ildir regionda baş verən gərginliklə əlaqədar təhlükəsizlik baxımından bu müqəddəs yerlərə Azərbaycandan ziyarətlər təşkil etmir: “Bu səbəbdən orada baş verən hansısa hadisəyə görə məsuliyyət daşımırıq və vətəndaşlara da bildiririk ki, birdəfəlik bilinsin - QMİ bu müqəddəs yerlərə ziyarət təşkil etmir”.

Qeyd edək ki, ötən həftə Kərbəladan qayıdan azərbaycanlı zəvvarların da olduğu avtobus qəzaya uğrayıb və yanğın nəticəsində onların pasportları yanıb. İranın Azərbaycandakı səfirliyinin köməyi ilə onlar İran vasitəsilə vətənə dönə biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR