İranın xarici işlər naziri ABŞ-ı sərt tənqid edib

İranın xarici işlər naziri ABŞ-ı sərt tənqid edib
# 15 mart 2014 17:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın xarici işlər naziri ABŞ-ı sərt tənqid edib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bu gün Tehranda yunan həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ rəsmiləri öz daxili problemləri səbəbindən xurafat və mülahizələrə əsaslanaraq danışır: “Onlar illərlə İranın nüvə silahı istehsalı arxasında olduğu təbliğatını apardılar. İrandan Qərbi nüvə silahı istehsal etmək niyyətində olmadığına inandırmaq üçün addımlar atmasını istədilər. Halbuki onlar İranın nüvə silahı istehsalı arxasında olmadığını yaxşı bilirlər. Bizim nüvə proqramımız dincməqsədlidir. Belə ki, İranın bütün nüvə fəaliyyətlərini dayandırmaq üçün heç bir planı yoxdur və qarşı tərəf də bunu bilir. Əksinə ABŞ rəsmiləri İranın uranın zənginləşdirilməsi hüququnun sonradan dəyişdirilə bilməyəcəyini öz sözlərində bəyan ediblər. İranın nüvə silahı istehsalı arxasında olmadığı ilə bağlı qərar qəbul etmək onlar üçün çətindir. Bununla belə, qərar artıq qəbul olunub. İran dini prinsiplərə, strateji mülahizələrə və hərbi doktrinasına əsaslanaraq heç vaxt nüvə silahı istehsalı niyyətində olmayıb və olmayacaq da. Görünür, ABŞ üçün bir dəfə reallıqla barışması çox çətin qərardır. Hər halda ABŞ xam xəyallarından əl çəkərək İranın hüquqlarını rəsmi şəkildə tanımalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR