FHN Gəncədə baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Gəncədə baş vermiş yanğınla bağlı məlumat yayıb
# 14 dekabr 2013 17:43 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə mağazada baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan mağazada baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 17:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR