Azərbaycan prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib
# 17 iyul 2013 13:29 (UTC +04:00)

APA-nın məlumatına görə, xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və Ramazan bayramı münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Dövlət başçısı Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına və Ramazan bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını və təbriklərini Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR