Vilnüs sammitində qonaqlara gürcü şərabı təklif olunacaq

Vilnüs sammitində qonaqlara gürcü şərabı təklif olunacaq
# 27 noyabr 2013 19:41 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 28-29-da Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində lanç zamanı tədbir iştirakçılarına gürcü çaxırı təklif olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Litexpo” sərgi salonunda keçiriləcək tədbirdə Avropa Birliyinin və “Şərq Tərəfdaşlığı” ölkələrin yüksək vəzifəli məmurları iştirak edəcək. Artıq “Georgia Welcomes the Lithuanian EU presidency 2013” xüsusi etiketli şərab və çaça şüşələri Vilnüsə göndərilib.

Bundan əlavə, “Litexpo” sərgi salonunda Gürcüstan guşəsi təşkil olunacaq. Lanç iştirakçıları ölkə və gürcü şərabı haqqında məlumatlarla tanış olacaq, suvenirlər alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR