Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 24 oktyabr 2013 10:16 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: “Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR