Bu həftə Avropa Birliyinin xarici işlər nazirlərinin İranla bağlı toplantısı keçiriləcək

Bu həftə Avropa Birliyinin xarici işlər nazirlərinin İranla bağlı toplantısı keçiriləcək
# 16 dekabr 2013 07:25 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, yığıncaq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun təklifi əsasında baş tutacaq. Toplantıda ötən ay İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq sanksiyaların bir hissəsinin aradan qaldırılması məsələsi əsas müzakirə mövzusu olacaq.

Bu arada İsveçin xarici işlər naziri Karl Bildt bildirib ki, gələn ilin yanvarında İrana qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi üçün heç bir maneə yoxdur: “Bəzi sanksiyaların yanvarda aradan qaldırılması mümkündür. Mən bu yolda bir maneə görmürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR